19 yaşlı tələbə oğurlandı 

10:51 27.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Şəki şəhərində tələbə qız qaçırılıb.

Hafta.az xəbər verir ki, hadisə Şəki Tibb Kollecində baş verib.

Belə ki, Oğuz rayonunun Sincan kənd sakini Ələkbərov Xalid Ələkbər oğlu polisə müraciət edərək bildirib ki, noyabrın 22-də qızı, 2000-ci il təvəllüdlü Aygün Ələkbərli təhsil aldığı həmin kollecdən oğurlanıb.

Araşdırmalar zamanı məlum olub ki, qızı İntiqam Kərimov adlı şəxs tərəfindən oğurlanıb və hazırda Bakının Binəqədi rayonu, DSK yolu deyilən ərazidəki evlərdən birində saxlanılır.

Faktla bağlı araşdırma aparılır.